#Azərbaycan Avtomobil Federasiyası

Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb. Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Avtomobil Federasıyasının (FIA) Baş Assambleyanın iclası və Mükafatlandırma Mərasimində Azərbaycan Avtomobil Federasiyasının "Klassik Avtomobil Sərgisi" FIA-nın Təsisçi Üzvlərinin İrsin Təbliğatı Kubokunun ilk qalibi elan edilib.