#Müdafiə büdcəsi rekord həddə çatır

ABŞ-ın təhlükəsizlik siyasətində yeni mərhələnin başlandığı bildirilir. Vaşinqtonun prioritetləri artıq qlobal müdaxilələrdən daha çox milli təhlükəsizlik və strateji rəqabətə yönəlir. ABŞ-da son dövrdə formalaşan yanaşmaya əsasən, “demokratiya ixracı”, “dövlət quruculuğu” və qlobal miqyasda təhlükəsizlik təminatı kimi əvvəlki onilliklərin siyasəti arxa plana keçir. Yeni doktrina “Amerika hər şeydən əvvəl” prinsipinə əsaslanır və dünya nizamını sərt güc balansı prizmasından qiymətləndirir.