#İş adamları birliyində strateji istiqamətlər müəyyənləşdirildi

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin növbəti iclasında təşkilatın həyata keçirdiyi layihələr, biznes mühiti ilə bağlı təşəbbüslər və qarşıdakı dövr üçün prioritet istiqamətlər geniş şəkildə nəzərdən keçirilib. Görüş zamanı iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, iş adamları və sənayeçilər arasında əlaqələrin daha da genişləndirilməsi, eləcə də birgə investisiya layihələrinin təşviqi məsələləri müzakirə olunub.