#www.voa.az təqdim edir: Eretnaoğulları bəyliyindən Osmanlıya keçən Ankara

Osmanlı tarixinin ən mühüm strateji mərkəzlərindən biri olan Ankaranın fəthi ilə bağlı tarixi mənbələrdə bəzi fərqli yanaşmalar mövcuddur. Bəzi Osmanlı tarixi mənbələri Ankaranı Sultan I Muradın fəth etdiyini göstərsə də, araşdırmalar sübut edir ki, şəhərin ilk fəthi Orxan Qazinin hakimiyyəti dövrünə təsadüf edir.