#ABŞ-İran gərginliyi: İki Avropa ölkəsindən təcili çağırış

Serbiya və İsveç rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı hərbi zərbə endirilməsi ehtimalını nəzərdən keçirdiyini bəyan etməsindən sonra öz vətəndaşlarına müraciət edərək bu ölkəni dərhal tərk etməyə çağırıb. Serbiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarına yaxın gələcəkdə İrana səfər etməməyi və hazırda orada olan şəxslərə mümkün qədər tez ölkədən çıxmağı tövsiyə edib. Oxşar çağırışla çıxış edən İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard da sosial şəbəkə hesabı vasitəsilə İsveç vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə səsləyib.