#Avropa mənşəli növ

Alimlər müəyyən ediblər ki, göbələk mənşəli ölümlərin təxminən 90 faizinə səbəb olan “Ölüm Mələyi” — Amanita phalloides — Kaliforniyadakı növlərində sürətlə təkamül edərək Avropadakı növlərindən daha fərqli və daha güclü kimyəvi maddələr istehsal etməyə başlayıb. Təbii yayılma arealı Avropa olan, lakin hazırda Amerika, Afrika və Avstraliyaya yayılaraq invaziv (istilaçı) növə çevrilən “Ölüm Mələyi” göbələyi elm dünyasını təəccübləndirməyə davam edir. University of Wisconsin–Madison universitetində aparılan yeni araşdırma göstərib ki, Kaliforniyadakı invaziv populyasiyalar Avropadakı əcdadları ilə müqayisədə genetik baxımdan daha “bacarıqlı” və təhlükəli hala gəlib.