#Odessa

Rusiya Müdafiə Nazirliyi Kiyev vilayəti və Odessa şəhərində Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə edildiyi bildirilən obyektlərə zərbələr endirildiyini açıqlayıb. Nazirlik Kiyev vilayətində zərbə endirilən obyektlərdən birinin “Stellar Jet” şirkətinə məxsus anbar kompleksi olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa vilayətində yerləşən İzmail və Reni limanlarına gecə saatlarında zərbələr endirildiyini açıqlayıb. Bildirilib ki, Reni limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinin idarəetmə mərkəzi, İzmail limanında isə Ukrayna hərbçilərinin müvəqqəti yerləşdiyi ərazi hədəfə alınıb.

Ukraynanın Odessa sahilləri yaxınlığında həlak olmuş azərbaycanlı gəmi kapitanı Səməd Nəsrullayevin nəşi tapılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nəş Odessa şəhərinə gətirilib. Zəruri prosedurlar başa çatdıqdan sonra cənazə Azərbaycana yola salınacaq. Nazirlik mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Səməd Nəsrullayev "Atlas Bey" mülki ticarət gəmisinin kapitanı idi. O, pilotsuz uçuş aparatı hücumu nəticəsində həyatını itirmişdi. Cənazənin vətənə gətirilməsi üçün hazırlıq işləri davam edir. Xarici İşlər Nazirliyi proseslə bağlı məlumat yayıb.

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrində hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqlar yaradılıb. Məlumata görə, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rovno, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlar hava hücumu siqnalı zamanı istifadə edilə bilər.