#Asimmetrik hərbi münaqişələrin idarə olunması və çəkindirmə doktrinası

ABŞ və İran arasındakı vəziyyət bir neçə göstəricinin artması fonunda "son dərəcə kövrək" kimi xarakterizə olunur və bu, tərəflər arasında hərbi qarşıdurma ehtimalını gücləndirir. "Axios" saytının bu həftə məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, münaqişə başlayarsa, o, keçən yay həyata keçirilən məhdud zərbələrdən fərqli olaraq, həftələrlə davam edə bilər və tammiqyaslı müharibə xarakteri ala bilər.