Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol hərbi vəziyyət elan etməsi ilə bağlı iş üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Prokurorluq sabiq dövlət başçısı üçün ölüm cəzası tələb etsə də, məhkəmə ömürlük həbs qərarı verib. Yun Sok Yol 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etdiyinə görə impiçment proseduru nəticəsində vəzifəsindən kənarlaşdırılmışdı.