Fərman ümumi qaydada xırda hüquqpozmaları və cinayətləri əhatə edir. Buraya narkotik maddələrlə bağlı bəzi hallar, qaçaqmalçılıq, maliyyə nəzarəti pozuntuları, qanunsuz valyuta əməliyyatları, subsidiyalı malların qanunsuz dövriyyəsi və istehlakçı hüquqlarının pozulması daxildir. Bəzi cinayətlər üzrə isə şərti amnistiya tətbiq olunur. Məsələn, adam oğurluğu hallarında zərərçəkənin könüllü şəkildə və zərər ödənilmədən azad edilməsi əsas şərt kimi göstərilir. Silahla bağlı cinayətlərdə isə üç ay müddətində silahın təhvil verilməsi tələb olunur.