#Aeroport şosesində gecə saatlarında hərəkət dayandırılacaq

Paytaxtın Suraxanı rayonunda yerləşən Aeroport şosesində hərəkət müvəqqəti olaraq dayandırılacaq. Bu səbəbdən 00:00-dan 05:45-dək Hava limanı yolunda – Hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.