Hər il hicri-qəməri təqvimi ilə icra etdiyimiz Ramazan ayı bu il miladi təqvimlə mart ayına təsadüf edir. Ramazan orucu Allahu-təala tərəfindən həddi-büluğ yaşına çatmış hər bir müsəlman kişi və qadına vacib (fərz) qılınmışdır. Hz. Adəmdən Hz. Məhəmmədə (s.a.s) qədər bütün peyğəmbərlərin şəriətində mövcud olan bu ibadət, insanı mənəvi cəhətdən təmizləyən müqəddəs bir vəzifədir.