#Gecə yarısı çəkic zərbəsi xəbərdarlığı: Tramp Tehrana son şansını verir

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə hələlik yekun sazişin əldə olunmadığını, lakin İranla danışıqların davam etdirilməsində israrlı olduğunu bildirib. Ağ Evdə 3 saatdan çox davam edən görüşü Tramp "çox məhsuldar" adlandırıb və ABŞ-İsrail münasibətlərinin mükəmməl səviyyədə qaldığını vurğulayıb.