#Rubio’dan İran’la anlaşma için kritik mesaj

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, danışıqların harada keçiriləcəyinin dəqiqləşdirilməsi üzərində iş aparılır və mümkün razılaşmanın real nəticə verməsi üçün balistik raket məsələsi də müzakirə predmeti olmalıdır. Marko Rubio İranla diplomatik prosesin həssas mərhələyə daxil olduğunu vurğulayaraq, yaxın vaxtlarda keçirilməsi gözlənilən görüşlərin texniki və logistik tərəflərinin hələ dəqiqləşdirildiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton danışıqların keçiriləcəyi məkanla bağlı müxtəlif variantları nəzərdən keçirir.