#ABŞ–İran görüşləri ilə bağlı yeni diplomatik iddia

İran ilə ABŞ arasındakı geosiyasi gərginlik və hərbi toqquşmalar beynəlxalq medianın, habelə siyasi analitik dairələrin gündəmindən düşmür. Lakin aparılan təhlillər əksər hallarda hərbi terminlər, strateji doktrinalar, enerji bazarlarındakı rəqəmlər və böyük dövlətlərin maraqları çərçivəsindən kənara çıxa bilmir. Bu nəhəng hərbi-siyasi maraqların kölgəsində isə hər iki tərəfin birbaşa hədəfinə və atəş kəsişməsinə çevrilmiş on milyonlarla mülki insan, yerli cəmiyyətlər və dağılan həyatlar diqqətdən kənarda qalır. Münaqişədə heç bir siyasi və ya hərbi məqsədi olmayan bu kütlələr gündəlik həyat nizamlarının, təhsil və səhiyyə sistemlərinin, istehsal zəncirlərinin darmadağın olması ilə qarşıdurmanın "pulsuz yanacağı"na və ən böyük görünməz qurbanlarına çevrilirlər.

ABŞ mediası İranla ABŞ arasında planlaşdırılan danışıqlarla bağlı diqqətçəkən iddia irəli sürüb.ABŞ mətbuatında diplomatik mənbələrə istinadla yayılan xəbərlərdə İranın cümə günü ABŞ-la keçirilməsi nəzərdə tutulan danışıqların İstanbuldan Omana köçürülməsini istədiyi bildirilir. Xəbərlərə görə, İran tərəfi görüşlərin Türkiyədə deyil, başqa məkanda baş tutmasını təklif edib.