#ABŞ sanksiyaları Kuba

The Wall Street Journal (WSJ) Trampın Venesuelada tətbiq etdiyi nümunəni Kuba üçün də nəzərdə tutduğunu bildirir. Mənbələrə görə, ABŞ rəsmiləri Kuba hökumətinə yaxın şəxsləri izləyir və Raul Kastronun rəhbərlik etdiyi hökuməti dəyişdirmək üçün mümkün razılaşma axtarır. Trampın yanaşması Venesuelada Maduronun qarşısında tətbiq olunan təzyiq və ABŞ-la əməkdaşlıq edən müvəqqəti lider Delsi Rodrigesin nümunəsinə əsaslanır.

Kuba Prezidenti Miqel Dias Kanel xəbərdarlıq edib ki, ABŞ-ın Kuba üzərində hərbi müdaxiləsi "hesablanamaz nəticələrə malik qan banyosuna" səbəb ola bilər. Dias-Kanel sosial şəbəkə hesabında bildirib ki, Küba heç bir ölkəyə təhdid yaratmır və hər hansı hərbi hücuma qarşı özünü müdafiə etməkdə tam və qanuni hüquqa malikdir.

Kuba Prezidenti Miqel Dias Kanel ABŞ-ın Kubaya qarşı hərbi hücum ehtimalının gündəmdə olduğunu bildirib. Paytaxt Havanada Kuba İnqilabının "sosialist xarakterinin" elan edilməsinin 65-ci ildönümü münasibətilə çıxış edən Kanel ABŞ ilə yaşanan gərginliyə toxunub. Kanel ABŞ-ın Kubaya hərbi müdaxilə ehtimalını vurğulayaraq qeyd edib ki, ölkəsi müharibə istəmir, lakin vəzifələri müharibənin qarşısını almaq üçün hazırlıqlı olmaq və əgər bu qaçılmaz olarsa, qalib gəlməkdir.

ABŞ-ın Kubaya qarşı iqtisadi təzyiqləri artdıqca ölkə əhalisi gündəlik həyatda ciddi çətinliklərlə mübarizə aparmağa məcbur qalır. Xüsusilə yanacaq qıtlığı vəziyyəti daha da ağırlaşdırıb. Əvvəlcə Venesuela, sonra isə Meksika Kubaya neft tədarükünü dayandırıb. ABŞ prezidenti Donald Tramp isə Kubanı neftlə təmin edən ölkələrə qarşı rüsum tətbiq ediləcəyini açıqlayıb.