#Starmer–Si görüşü: London–Pekin xəttində yeni mərhələ

Böyük Britaniyanın baş naziri Kir Starmerin Çinə səfəri London–Pekin münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Bu səfər təkcə diplomatik jest deyil, eyni zamanda Böyük Britaniyanın dəyişən qlobal güc balansında öz iqtisadi və strateji mövqeyini yenidən formalaşdırmaq cəhdidir. Kir Starmerin Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirdiyi 80 dəqiqəlik görüş, son səkkiz ildə Britaniya baş nazirinin Pekinə ilk səfəri olmaqla yanaşı, münasibətlərin “sıfırlanması” mesajı kimi qiymətləndirilir. Starmer açıq şəkildə Çini qlobal siyasətdə “vacib oyunçu” adlandıraraq, fikir ayrılıqlarına baxmayaraq, daha “yetkin və mürəkkəb münasibətlər” qurmaq istədiyini bəyan edib.