#Avrupa sertleşirken Madrid kapılarını açıyor

İspaniya hökuməti qeyri-qanuni miqrantların leqallaşdırılması ilə bağlı Avropada fərqlənən qərar qəbul edib. Avropanın bir sıra ölkələrində və ABŞ-də miqrasiya siyasətinin sərtləşdirildiyi bir vaxtda İspaniya hökuməti təxminən 500 min sənədsiz miqrantın hüquqi status almasını nəzərdə tutan proqramı həyata keçirməyə hazırlaşır. Qərar ölkədə “kölgə iqtisadiyyatı”nda çalışan on minlərlə miqrant üçün yeni imkanlar yaradacaq.