#Azərbaycan–Türkmənistan elmi və mədəni əməkdaşlığı genişlənir

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanov Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib. Bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib. Səfir Qismət Gözəlov görüş zamanı Quvanc Ağacanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.