#beynəlxalq aviasiya hadisəsi

Vyetnamdan Rusiyaya uçan “Azur Air” aviaşirkətinə məxsus Nyaçanq–İrkutsk marşrutu üzrə Boeing 757 tipli sərnişin təyyarəsi planlaşdırılmamış şəkildə Hanoy hava limanına eniş edib. Aviaşirkətin mətbuat xidmətinin məlumatına görə, ZF-2578 saylı reys Vyetnamın Nyaçanq şəhərindən Rusiyanın İrkutsk şəhərinə uçuş zamanı texniki səbəblərlə Hanoy hava limanına yönləndirilib.