İngiltərənin “Aston Villa” klubu rəsmi saytında “Beşiktaş”ın hücumçusu Temmi Abrahamı satın aldığını açıqlayıb. Abraham “Çelsi”nin gənclər sisteminin yetirməsidir və həm gənclər, həm də böyüklər komandasında çıxış edib. Onun karyerasında həmçinin “Roma”, “Milan” və digər klublarda oynadığı dövrlər də yer alıb.