#Bakü Metrosu Çin deneyimini inceliyor

“Bakı Metropoliteni” QSC-nin beynəlxalq əməkdaşlıq və modernləşmə istiqamətində fəaliyyəti genişlənir. AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib. Səfər metropolitendə modernləşdirmə, strateji inkişaf və beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyıb.