#Rüşdinin ABŞ barədə açıqlamaları rezonans doğurdu

İran əsilli britaniyalı-amerikalı yazıçı Salman Rüşdi ABŞ-da artan siyasi və ictimai gərginlik fonunda zorakılıq təhlükəsinin cəmiyyət üçün real riskə çevrildiyini bildirib. Buker mükafatı laureatı bu fikirləri Yuta ştatının Park-Siti şəhərində keçirilən “Sundance” kinofestivalında, rejissor Aleks Qibninin müəllifi olduğu “Bıçaq: Salman Rüşdiyə qarşı qəsd cəhdi” adlı sənədli filmin premyerasında səsləndirib. Yazıçı 2022-ci ildə Nyu-Yorkda ona qarşı həyata keçirilən və az qala ölümü ilə nəticələnən hücumu siyasi liderlərin təhrik etdiyi zorakılığın bariz nümunəsi kimi qiymətləndirib.