#27 yanvar 1944 – Leninqrad faciəsinin sonu

27 yanvar 1944-cü ildə Sovet qoşunları Leninqrad ətrafında Almaniya ordusu tərəfindən yaradılmış mühasirə xəttini tamamilə yararaq şəhərin azad olunmasını təmin edib. Bununla da tarixə “900 günlük mühasirə” kimi düşən, əslində isə 872 gün davam edən Leninqrad mühasirəsi başa çatıb. Leninqradın mühasirəsi rəsmi olaraq 8 sentyabr 1941-ci ildə başlayıb. Şəhər sakinləri ilk mərhələdə tank əleyhinə istehkamlar quraraq müdafiə xəttini formalaşdırmağa nail olsalar da, Leninqrad Sovet İttifaqının daxili bölgələri, xüsusilə Moskva ilə bütün təminat yollarından tamamilə təcrid edilib.