#Remi Fero: Fransa Suriyada fəal olmalıdır

Fransa Milli Assambleyasının üzvü Remi Fero Suriyada Türkiyənin mövqeyini tənqid edərək, Paris rəhbərliyini YPG/SDQ terror təşkilatlarının xeyrinə proseslərə müdaxilə etməyə çağırıb. Fransız sosialist deputat parlamentdə çıxışı zamanı Fransanın Suriyada “passiv mövqe” tutduğunu iddia edib və bu siyasətin dəyişdirilməsinin vacibliyini vurğulayıb. O, Suriyanın şimal-şərqindəki vəziyyətin ağır olduğunu bildirərək, bölgədə YPG/SDQ-nin zəifləməsini Türkiyə ilə ABŞ arasında əlaqələrlə əlaqələndirib.