#Vaşinqton İranla əlaqəli gəmiləri sanksiya siyahısına saldı

ABŞ administrasiyası İranda etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsini əsas gətirərək Tehranla əlaqəli bir sıra gəmiləri və şirkətləri sanksiya siyahısına daxil etdiyini açıqlayıb. ABŞ Dövlət Departamentinin yazılı bəyanatında bildirilib ki, bu addım İran hakimiyyətinin etirazçılara qarşı təzyiq mexanizmlərini maliyyələşdirmək üçün istifadə etdiyi maliyyə axınlarının kəsilməsi məqsədi daşıyır. Açıqlamaya əsasən, Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müxtəlif ölkələrdə yerləşən 9 gəmi və onlarla əlaqəli 8 şirkət yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarının xarici bazarlara daşınmasında iştirak edib.