#İspaniya BMT-yə sadiqliyini əsas gətirərək qərar verdi

NATO üzvü olan İspaniya ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası”na qoşulmaqdan imtina etdiyini açıqlayıb. İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqı Liderlər Zirvəsindən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Madrid Vaşinqtondan daxil olan dəvəti qəbul etməyəcək. Sançes bu mövqeni belə ifadə edib: “Dəvət üçün təşəkkür edirik, lakin biz bunu rədd edirik”.