#Paris Sülh Şurasının nizamnaməsini BMT-yə zidd sayır

Fransa hökuməti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na bu mərhələdə qoşulmayacağını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö açıqlamasında bildirib ki, “Sülh Şurası”nın nizamnaməsi Qəzzada müharibənin həlli ilə bağlı BMT qətnaməsinə uyğun gəlmir və sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd müddəalar mövcuddur. Onun sözlərinə görə, nizamnamə bir tərəfdən Qəzza ilə bağlı konkret mandatı əhatə etmir, digər tərəfdən isə beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edən elementlər ehtiva edir.