#Trampın sülh planı və İsrail seçkiləri: Regional balans necə dəyişir?

Vaşinqton və Tehran müasir tarixin bəlkə də ən ciddi hərbi qarşıdurma riskinə yaxın olsalar da, hələ ki, klassik bir müharibənin astanasında deyillər. Hazırkı mərhələdə ən çox gözlənilən ssenari İranın ABŞ tərəfindən işğalı və ya genişmiqyaslı regional müharibə deyil, danışıqlar tənliyini yenidən formalaşdırmaq məqsədi daşıyan məhdud və dəqiq hesablanmış zərbədir.

Bilindiyi kimi,İsraildə parlament seçkiləri payızda keçirilməlidir. Lakin əgər parlament (Knesset) 2026-cı ilin dövlət büdcəsini martın 31-nə qədər təsdiqləyə bilməsə, hökumət qanunauyğun olaraq avtomatik şəkildə buraxılacaq. İsrail hökuməti büdcə layihəsini qanunu pozaraq iki aylıq gecikmə ilə Knessetə təqdim edib ki, bu da onun qəbul edilmə şansı ilə bağlı geniş şübhələr yaradır.