#Həma qəssabı kimi tanınan Rifət əl-Əsəd həyatını itirdi

Suriyanın devrilmiş prezidenti Bəşər əl-Əsədin əmisi, ölkənin keçmiş idarəetmə sisteminin ən tanınmış simalarından biri olan Rifət əl-Əsəd 88 yaşında vəfat edib. Çərşənbə günü xəbər agentliklərinin yaydığı məlumata görə, onun siyasi və təhlükəsizlik fəaliyyəti 1982-ci il Həma hadisələri zamanı kütləvi qətllər və işgəncələrdə birbaşa məsuliyyət daşıması ilə yadda qalıb.