Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlının Mentorluq Proqramı çərçivəsində “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) ilə tanışlıq səfəri təşkil edilib. Eyni zamanda. Aslan Həsənli və Rüfət Məmmədxanlı “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ÇİRES-də keçirilən əməliyyat iclasına da qatılıblar. İclas zamanı iştirakçılar şirkətin fəaliyyət göstərdiyi regionlarda həyata keçirdiyi layihələr, mövcud daxili nəzarət sistemləri, eləcə də istehsalat sahələrində effektiv iş mexanizmlərinin qurulması ilə bağlı məsələlər üzrə məlumat əldə ediblər.