Osmanlı dövlətinin yaranma tarixi ənənəvi olaraq əksər mənbələrdə 1299-cu il kimi göstərilsə də, bu tarix müasir tarixşünaslıqda ciddi mübahisələr doğurur. Klassik Osmanlı tarixşünaslığı Səlcuq dövlətinin hakimiyyətinin 1299-cu ildə sona çatdığını və Osman Qazinin həmin il öz dövlətini qurduğunu bildirir.