#Məzlum Abdi Dəməşqdə: Şər və ABŞ nümayəndəsi ilə görüş xəbəri

Suriya ordusu ölkənin şərqində, Rəqqə vilayətində irəliləyişini davam etdirib. Ordu Suriya Demokratik Gücləri ( PKK-nın Suriya qolu) döyüşçülərdən strateji əhəmiyyətli Təbqə şəhərinə və Fərat bəndinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Suriya Xəbər Agentliyi isə SDQ qüvvələrinin Fərat çayı üzərində iki körpünü partlatdığını bildirib.