#Suriya ordusu Təbqə və Fərat bəndinə nəzarəti ələ keçirdiyini açıqladı

Suriya ordusu ölkənin şərqində, Rəqqə vilayətində irəliləyişini davam etdirib. Ordu Suriya Demokratik Gücləri ( PKK-nın Suriya qolu) döyüşçülərdən strateji əhəmiyyətli Təbqə şəhərinə və Fərat bəndinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Suriya Xəbər Agentliyi isə SDQ qüvvələrinin Fərat çayı üzərində iki körpünü partlatdığını bildirib.