#sertleşme mi

2025-ci ilin dekabrında başlayan və qısa müddətdə ölkənin əksər əyalətlərini əhatə edən kütləvi etirazlar İslam Respublikasının mövcud idarəçilik modelini sarsıdıb. Etirazların yüzlərlə insanın ölümü, minlərlə şəxsin həbs olunması ilə müşayiət olunmasına baxmayaraq, proseslər rejimin daxili dayaqlarına birbaşa təsir göstərib. Müşahidəçilərin fikrincə, hazırkı mərhələdə sistem qısa müddətdə çökməsə də, bu xalq hərəkatı ölkə daxilində elitalar arasında güclənən rəqabəti daha da kəskinləşdirib. Xüsusilə 86 yaşlı ali rəhbər Əli Xameneinin mümkün varisliyi ətrafında formalaşan ziddiyyətlər İslam Respublikasının gələcək mahiyyətini müəyyən edəcək əsas faktor kimi qiymətləndirilir.