#Almaniya və ABŞ strateji əlaqələri

Almaniya kansleri Fridrix Mers İran müharibəsi ilə bağlı ABŞ-ı tənqid etməsinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp ilə şəxsi münasibətlərinin “yaxşı” olaraq qaldığını bildirib. Bildirilib ki, kansler xüsusilə Hörmüz boğazının bağlanmasının Avropa üçün ciddi iqtisadi nəticələr doğurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu vəziyyət enerji təchizatına və ümumilikdə iqtisadi göstəricilərə birbaşa təsir edir.

Almaniya kansleri Fridrix Merts ABŞ-ın qaydalara əsaslanan beynəlxalq nizama arxa çevirdiyini bildirib. Bu barədə o, Xristian Demokrat Birlik Partiyasının (CDU) rəhbəri kimi Baden-Vürtemberq əyalətinin Heddeshaym bələdiyyəsində keçirilən yığıncaqda çıxış nitqi zamanı danışıb.