İranda iqtisadi problemlərə etiraz olaraq başlayan aksiyalar fonunda 8 yanvar tarixində baş verən zorakılıq hadisələrindən sonra tətbiq edilən internet və rabitə məhdudiyyətlərinin mərhələli şəkildə ləğv olunacağı bildirilib. Rəsmilər qeyd ediblər ki, internetə tətbiq edilən məhdudiyyətlər xaricdəki müxalif şəbəkələrin ölkə daxilindəki əlaqələrini ciddi şəkildə zəiflədib. Bu isə hadisələrin nəzarət altına alınmasında və terror hüceyrələrinin mümkün fəaliyyətlərinin qarşısının alınmasında mühüm rol oynayıb.