#Regional təhlükəsizlik üçün yeni format: Ər-Riyad

Pakistanın müdafiə istehsalı naziri Rza Həyat Hərəc bildirib ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə təxminən bir il davam edən danışıqlardan sonra üçtərəfli müdafiə sazişinin layihəsini hazırlayıblar. Bu, son iki ildə bölgədə zorakılığın artması fonunda mümkün təhlükələrə qarşı möhkəmlənmək cəhdinin göstəricisi kimi qiymətləndirilir.