Pakistanın müdafiə sənayesi son dövrlər ərəb dünyasında artan hərbi-siyasi rolu ilə regional balanslara təsir göstərməyə başlayıb. Pakistanın Sudan ordusuna döyüş təyyarələri və silah satışı ilə bağlı təxminən 1,5 milyard dollar dəyərində razılaşma üzərində işlədiyi bildirilir. Yanvarın əvvəlində yayılan məlumatlara görə, sözügedən razılaşma yekunlaşmaq üzrədir və Sudanda üç ilə yaxındır davam edən, on minlərlə insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olan müharibənin gedişinə ciddi təsir göstərə bilər.