#Şiə dünyasında mübahisə: İran mərkəz sayıla bilərmi?

Zeyn Qasım və Bricit Blumfild "Şiə Dünyası: Ənənə və Müasirlik Yolları" kitabında dərc olunmuş fəsillərində şiə yaddaşına və təxəyyülünə tarixi-antropoloji bir yanaşma təqdim edirlər. Şiə ədəbiyyatında "Əhli-Kisa"nın (Peyğəmbər s.ə.s-in məşhur hədisində keçən Əli bin Əbu Talib, Fatimə, Həsən və Hüseyn r.ə) mərkəzi yer tutması şübhəsizdir. Bununla belə, "Beytül-Əhzan" (Hüzünlər evi) şiə tarixi rəvayətinin əsas oxunu təşkil edir.

Livanda Şiə İslam Şurasının mərhum sədri, din xadimi Şeyx Məhəmməd Mehdi Şəmsəddin 1967-ci ildə tələbələri ilə danışığı uzun illərdən sonra yayınlanıb. “Əş-Şərq əl-Əvsət” qəzetinin yayınladığı məqalədə Şeyx Məhəmməd Mehdi Şəmsəddin şiə müsəlmanların İrana deyil, yalnız öz ölkələrinə bağlı olmaları tövsiyyə olunmaqla yanaşı, İranın şiə müsəlmanlara yönəlik siyasəti də tənqid edir. Mətnin tam variantı mərhum alimin oğlu İbrahim Məhəmməd Mehdi Şəmsəddin tərəfindən “Livan şiələri və ərəb şiələri – başqaları ilə münasibət və özünlə münasibət” adlı kitabda nəşr olunacaq. “Əş-Şərq əl-Əvsət” bu dialoqu Şəmsəddinin vəfatının 25-ci ildönümü münasibətilə yayımlayıb.