Braziliyalı futbolçu Olavio Juninyo yenidən Qarabağa transfer olunub. Klub rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələnib və 29 yaşlı hücumçu Ağdam təmsilçisinin formasını bir daha geyinəcək. Onun qayıdışı hücum xəttində rəqabəti artırmaqla yanaşı, komandanın Avropa arenasındakı mövqelərini gücləndirmək məqsədi daşıyır.
#Qarabağ FK
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanovun komandası bu mövsüm ÇL-də keçirdiyi 4 oyunda vurduğu 10 qolla Polşanın "Lex" və Serbiyanın "Srvena Zvezda" klubları ilə birlikdə 2-4-cü yerləri bölüşdürür. Siyahıya 6 qarşılaşmada 11 dəfə rəqib qapısına yol tapan İsveçin "Malmö" komandası başçılıq edir.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Qarabağ” FK öz meydanında Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyunu hollandiyalı FIFA referisi Danni Makkeli idarə edəcək. Ağdam təmsilçisi cavab oyununa üstün mövqedən çıxır. İlk oyunda səfərdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Komandanın yeganə qolunu penalti zərbəsindən Toral Bayramov vurmuşdu. Bu nəticə “Qarabağ”a mərhələ adlamaq üçün bu gün heç-heçəyə belə kifayət qədər imkan verir.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın Şkendiya komandası ilə qarşılaşacaq Qarabağ klubunun oyunlarına təyinat alan hakimlər müəyyənləşib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” İrlandiyanın “Şelburn” klubu üzərində 1:0 hesablı qələbə qazanıb.
Avropa kuboklarının ikinci təsnifat mərhələsində çıxış edən Azərbaycan təmsilçiləri uğurlu nəticə göstəriblər.
Azərbaycan çempionu Qarabağ bu gün UEFA Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın Şelburn klubu ilə qarşılaşacaq.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Azərbaycanda ilk dəfə keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları – tanınmış döyüşçülər Həbib Nurməhəmmədov, İslam Maxaçov, Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov “Qarabağ” futbol klubunun bazasını ziyarət ediblər.