#Futbol

İsrailin Qəzzaya qarşı hücumları davam edərkən, UEFA-nın bu ölkəyə münasibətdə “ikili standart” sərgilədiyi iddiaları yenidən gündəmə gəlib. Daha əvvəl İsrailin hücumları zamanı həlak olan Fələstin millisinin sabiq futbolçusu, “Fələstinli Pele” ləqəbli Süleyman Əl-Obaidlə bağlı başsağlığı mesajında İsrailin adını çəkməyən UEFA, bu dəfə də Superkubok matçı öncəsi nümayiş etdirilən pankartlardan İsrailə istinad etməyib.

Ağdam təmsilçisi Şimali Makedoniya klubu “Şkendiya” ilə cavab oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib. Səfərdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bu dəfə oyunun əvvəlində qol buraxsa da, üstünlüyü ələ alaraq rəqibini darmadağın edib.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək, İsrailin Qəzza zolağında hərbi cinayətlər törətdiyini bildirib və ölkənin futbol yarışlarından kənarlaşdırılmasını tələb edib. Albanese X platformasında UEFA-nın əl-Obeidin ölümünə dair paylaşımına istinad edərək, “UEFA, qatillərini yarışlarımızdan qovmağın vaxtıdır. Gəlin idmanımızı ayrı-seçkilik və soyqırımdan təmizləyək” sözlərini yazıb.