#BƏƏ Xarici İşlər Nazirliyində ekstremizmə qarşı yeni institusional addım

Birləşmiş Ərəb Əmirlikləri ekstremizm və terrorla mübarizə sahəsində beynəlxalq səylərdə rolunu gücləndirmək məqsədilə Xarici İşlər Nazirliyi yanında xüsusi elçi vəzifəsi təsis edib. BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan Maqsud Kruzu ekstremizm və terrorla mübarizə üzrə nazirin xüsusi elçisi təyin edib.