#iPhone-un doğulduğu gün: 9 yanvar 2007

9 yanvar 2007-ci ildə Apple şirkətinin baş icraçı direktoru Stiv Cobs San-Fransiskoda keçirilən Macworld sərgisində ilk iPhone-u təqdim edib. Sensor ekranlı mobil telefon iPod, kamera və internet brauzerini bir qurğuda birləşdirərək mobil texnologiyalar sahəsində dönüş nöqtəsi yaradıb. iPhone ABŞ-da 29 iyun 2007-ci ildə satışa çıxarılıb. Böyük maraq fonunda minlərlə insan ilk cihazı əldə etmək üçün Apple mağazaları qarşısında uzun növbələrə dayanıb. İlkin mərhələdə telefon 4 GB yaddaşlı (499 dollar) və 8 GB yaddaşlı (599 dollar) versiyalarda təqdim olunub.