#Tayvan Hava Kuvvetlerine ait F-16 kazaya uğradı

Tayvanda hərbi aviasiya insidenti baş verib. ABŞ istehsalı olan F-16 tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayaraq dənizə düşüb. Tayvan Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, “F-16V” modifikasiyalı qırıcı Ada ölkəsinin şimal-şərqində yerləşən Hualien vilayəti sahilləri yaxınlığında rutin təlim uçuşu həyata keçirərkən radarlardan itib və daha sonra dənizə düşdüyü təsdiqlənib. Bildirilib ki, pilot qəza baş verməzdən əvvəl katapult mexanizmi vasitəsilə təyyarəni tərk edib. Hazırda itkin düşmüş pilotun tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.