#Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.