ABŞ prezidenti Donald Tramp şənbə günü bildirib ki, ölkəsi Venesuelanı “təhlükəsiz, sabit və ağıllı bir keçid mümkün olana qədər” idarə edəcək. Bu açıqlama ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılmasından sonra səsləndirilib.
#Cumhuriyetçiler Maduro operasyonunu savundu
ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat və ölkə prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı iddialar Vaşinqtonda kəskin müzakirələrə səbəb olub. Demokrat Partiyasını təmsil edən konqres üzvləri ABŞ Prezidenti Donald Trampın addımlarını beynəlxalq hüququn pozulması və Konqresin razılığı olmadan həyata keçirilmiş hərbi əməliyyat kimi qiymətləndiriblər. Respublikaçılar isə əməliyyatı narkotik qaçaqmalçılığına qarşı mübarizənin tərkib hissəsi kimi müdafiə ediblər. ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat və ölkə prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı iddialar Vaşinqtonda kəskin müzakirələrə səbəb olub. Demokrat Partiyasını təmsil edən konqres üzvləri ABŞ Prezidenti Donald Trampın addımlarını beynəlxalq hüququn pozulması və Konqresin razılığı olmadan həyata keçirilmiş hərbi əməliyyat kimi qiymətləndiriblər. Respublikaçılar isə əməliyyatı narkotik qaçaqmalçılığına qarşı mübarizənin tərkib hissəsi kimi müdafiə ediblər.