#Nikaraqua

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə bir daha "azad seçkilərin" keçirilməyəcəyini bəyan edib. Onun açıqlaması müxalifətin və beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Manaquada Sandinista İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Orteqa ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə etdiyini iddia edərək müxalifətin yenidən hakimiyyətə gəlməsinə imkan verilməyəcəyini bildirib.