Pakistanın Karaçi şəhərində Yeni il qeyd etmələri zamanı havaya açılan atəş nəticəsində 25 nəfər yaralanıb. Pakistan mətbuatında yer alan xəbərlərə görə, Karaçidə Yeni il şənlikləri zamanı havaya atəş açılması yaralanmalara səbəb olub. Korangii, Golimar, Five Star və New Sabzi Mandi bölgələrində havaya açılan atəşlər nəticəsində ümumilikdə 25 nəfər xəsarət alıb. Yaralananlardan 6-nın qadın, 2-nin isə uşaq olduğu bildirilib.