Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Justice Mission 2025” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər son üç ildə Tayvan ətrafında keçirilən altıncı böyük hərbi manevr olmaqla yanaşı, miqyası və taktiki məqsədlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənib.Çin Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin məlumatına əsasən, təlimlər Tayvanın şimalı, cənub-qərbi, cənub-şərqi və şərqində yerləşən hava və dəniz məkanlarını əhatə edib. Manvrlər zamanı döyüş gəmiləri, qırıcılar, bombardmançı təyyarələr, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərdən istifadə olunub.